ŞAMİ GÜNLÜK

Şamda (Suriyada) tikilən çadır növü. (“Kitabi-Dədə Qorqud” leksikası)

Bu gün Pakistanda işlənməkdədir, al və qara rənglidir.

ŞAMATA
ŞANA FARS
OBASTAN VİKİ
Şami
Şami — Lənkəran mətbəxinə aid yemək Şami Lənkəran mətbəxinə aid yeməkdir. Görünüş etibarilə şami tava-kabab və kotletə oxşayır, amma şaminin tərkibinin hazırlanma qaydası onlardan bir qədər fərqlidir. Burada ət əvvəlcə bişirilir, sonra çəkilib küftəcik şəkili verildikdən sonra qızardılır. Şamini adətən plovla süfrəyə verirlər (Lənkəranda şami-plov adlanan plov var). == Lazım olan ərzaqlar == 18-20 ədəd şami üçün 1 kg sümüksüz, yağsız qoyun əti 2 ədəd orta baş soğan - qabığını soyun, bütöv qalsınlar 2 ədəd yumurta zövqə görə duz zövqə görə istiot təxminən üçdə bir stəkan duru yağ - qızartmaq üçün == Hazırlanma qaydası == Əvvəlcə əti və bütöv soğanları bir qazana qoyun. Üstünə ərzaqları örtəcək qədər su tökün. Bir çimdik duz atın. Qaynadın və təxminən 30 dəqiqə bişirin. Ət tamamilə bişməlidir. Qazanın suyunu süzün (suyunu düşbərə üçün istifadə edə bilərsiniz).
Günlük
Kotan — qədim sahə ölçü vahidi. == Ümumi məlumat == Kotan Azərbaycanda şum alətindən başqa torpaq ölçüsü vahidi mənasında da işlədilir. Belə ki, qubalı Şeyx Əli xanın 1806-cı ilə aid fərmanında bir kotan yerin (torpağın) adı çəkilir. Gəncə qəzası dövlət kəndlilərinin iqtisadi məişətinin tədqiqatçısı N.Abelova görə, burada torpaq ölçüsü kimi kotanın bir gündə şumladığı sahə başa düşülürdü ki, xalq arasında günlük adlandırılan bu sahə 0,5 desyatinə bərabər idi. Başqa sözlə, birgünlük sahə elə bir kotan demək idi. Kotana ölçü vahidi kimi digər türk xalqlarında da rast gəlinir. Orta əsrlərdə Türkiyədə "kotan" istilahı iki mənada işlədilirdi. Birinci mənada - qoşqu heyvanı qoşulmuş alət, ikinci mənada isə həmin alətlə bir gündə şumlanmış torpaq sahəsi. Azərbaycan xalqının çəki və digər ölçü vahidlərinin öyrənilməsi göstərir ki, onlar qədim tarixə malik olub, həm də xalqın köçəri, maldar, gəlmə olduğu haqda iddiaları təkzib edir. Çünki onların böyük əksəriyyəti əkinçilik məhsullarının ölçüsünü göstərir.
Nizaməddin Şami
Nizaməddin Şami — Teymuri tarixçisi, Əmir Teymurun yürüşlərini tərənnüm edən "Zəfərnamə"nin müəllifi. == Həyatı == Müəllifin təvəllüd və vəfat etdiyi il qeyri-müəyyəndir. 1393-cü ildə Bağdad teymurilər tərəfindən tutularkən orada yaşayırdı. Həmin vaxt əsir düşmüş, sonra isə Əmir Teymur Nizaməddin Şaminin əla yazı-pozu qabiliyyətini nəzərə alaraq onu öz yanına xidmətə götürmüşdür. Beləliklə, N.Şami, Əmir Teymurun sonrakı yürüşlərinin iştirakçısına çevrilir. 1401/02 (–h. 804)-cü ildə isə Əmir Teymur, N. Şami’yə öz zəfərlərini tərənnüm edən sadədilli bir tarix əsəri yazmaq barədə göstəriş verir. Bu sifariş əsasında işə başlayan N.Şami, "Zəfərnamə"ni qələmə alır və onu 1404-cü il aprelin 12-də şəxsən Əmir Teymura təqdim edir. Tarixi mənbələrdə, daha sonra N. Şaminin adına 1405-ci il, yayın ikinci yarısında Kür çayı sahilində vaqe olmuş hadisələrin şərhində təsadüf edilir. Belə ki həmin vaxt Ömər mirzanın yanında olan şəxslərdən biri də N.Şami idi.
Şami Kapur
Şami Kapur — Məşhur hind aktyoru. == Həyatı == O, 50-60-cı illərdə Bollivudun ən populyar aktoylarından idi. Qardaşlar Rac və Şaşi ilə tanınmış "Kapur qardaşları üçlüyü"nü təşkil etmişdilər. Şammi Kapur 14 avqust 2011-ci ildə 79 yaşında vəfat edib. Onun iştirakı ilə keçmiş SSRİ-də məşhur olan "Betaab" ("Məhəbbətin gücü") və "Vidhaata" ("Qüdrətli) filmləri çəkilib. == Həmçinin bax == Şammi Kapur görkəmli kinematoqrafiya klanının banisi, aktyor, rejissor və prodüsser Pritxviraja Kapurun oğlu və məşhur aktyor Rac Kapurun qardaşıdır.
44 günlük müharibə
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökumətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir. Qarşıdurmalar 27 sentyabr 2020-ci il səhər saat 06:00-da Qarabağ müharibəsindən sonra yaradılmış təmas xətti boyunca başladı. Bunun ardınca Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycan isə hərbi vəziyyət, komendant saatı və qismən səfərbərlik elan etdi. Türkiyə, bu dəstəyin dərəcəsi mübahisəli olsa da, Azərbaycana hərbi dəstək verdi. Türkiyənin iştirakının, münaqişədə Azərbaycanın mövqeyini artırmaqla və Rusiyanın bölgədəki təsirini kənarlaşdırmaqla təsir dairəsini genişləndirmək cəhdi olduğu düşünülür.Beynəlxalq ekspertlər müharibənin Azərbaycanın hücumu ilə başladığını və əsas məqsədin bölgənin müdafiəsi zəif olan cənub bölgələrini işğaldan azad etmək olduğunu iddia edirlər. Müharibə, pilotsuz təyyarələrin, sensorların, ağır artilleriyanın və raket zərbələrinin istifadəsi, habelə dövlət təbliğatının və onlayn informasiya müharibəsində rəsmi sosial media hesablarının istifadəsi ilə yadda qalan oldu. Çoxsaylı ölkələr və Birləşmiş Millətlər Təşkilatı döyüşləri kəskin şəkildə qınadı və hər iki tərəfi gərginliyi azaltmağa və mənalı danışıqları təxirə salmadan davam etdirməyə çağırdı. Rusiya, Fransa və ABŞ-nin vasitəçiliyi ilə əldə olunan üç atəşkəs də müharibəni dayandıra bilmədi.Dağlıq Qarabağdakı ən böyük ikinci şəhər olan Şuşanın azad edilməsindən sonra İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında 10 noyabr 2020-ci il, saat 00:00-dan (UTC+3) etibarən bütün döyüş əməliyyatlarını dayandıran atəşkəs bəyanatı imzalandı.
4 günlük müharibə
6 günlük müharibə
Altıgünlük müharibə (ivr. ‏מלחמת ששת הימים‏‎, translit. Milhemet Şeşet Ha Yamim), Uğursuzluq (ərəb. النكسة‎, translit. Əl-Nəksa), 1967-ci il müharibəsi (ərəb. حرب 1967‎, translit. Hərb 1967), İyun müharibəsi, 1967-ci il Ərəb-İsrail müharibəsi və ya Üçüncü Ərəb-İsrail müharibəsi — 1967-ci ilin iyun ayının 5-dən 10-a qədər İsrail ilə qonşuları Misir – o dövrdəki rəsmi adı ilə Birləşmiş Ərəb Respublikası, Suriya və İordaniya arasında baş vermiş hərbi münaqişə.Birinci Ərəb-İsrail müharibəsindən sonra qonşu dövlətlər arasında münasibətlər normallaşmadı. İsrail Misirin 1950-ci ildən bağladığı Tiran boğazını yenidən öz gəmilərinin keçməsinə açmaq üçün 1956-cı ildə Sinay yarımadasını işğal etdi (İngiltərə və Fransanın yardımı ilə). Bir müddət keçdikdən sonra İsrail buradan qoşunlarını geri çəkməyə məcbur oldu, lakin bunun müqabilində Misirlə Tiran boğazının həmişə açıq saxlanılması barədə razılıq əldə edildi. Bölgəyə BMT-nin Sülh Qüvvələri yerləşdirilsə də, silahsızlaşdırma barədə razılığa gəlmək mümkün olmadı.
Altı günlük müharibə
Altıgünlük müharibə (ivr. ‏מלחמת ששת הימים‏‎, translit. Milhemet Şeşet Ha Yamim), Uğursuzluq (ərəb. النكسة‎, translit. Əl-Nəksa), 1967-ci il müharibəsi (ərəb. حرب 1967‎, translit. Hərb 1967), İyun müharibəsi, 1967-ci il Ərəb-İsrail müharibəsi və ya Üçüncü Ərəb-İsrail müharibəsi — 1967-ci ilin iyun ayının 5-dən 10-a qədər İsrail ilə qonşuları Misir – o dövrdəki rəsmi adı ilə Birləşmiş Ərəb Respublikası, Suriya və İordaniya arasında baş vermiş hərbi münaqişə.Birinci Ərəb-İsrail müharibəsindən sonra qonşu dövlətlər arasında münasibətlər normallaşmadı. İsrail Misirin 1950-ci ildən bağladığı Tiran boğazını yenidən öz gəmilərinin keçməsinə açmaq üçün 1956-cı ildə Sinay yarımadasını işğal etdi (İngiltərə və Fransanın yardımı ilə). Bir müddət keçdikdən sonra İsrail buradan qoşunlarını geri çəkməyə məcbur oldu, lakin bunun müqabilində Misirlə Tiran boğazının həmişə açıq saxlanılması barədə razılıq əldə edildi. Bölgəyə BMT-nin Sülh Qüvvələri yerləşdirilsə də, silahsızlaşdırma barədə razılığa gəlmək mümkün olmadı.
Təvilə-i Şami (Əhər)
Təvilə-i Şami (fars. طويله شامي‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 84 nəfər yaşayır (15 ailə).
On doqquz günlük oruc
On doqquz günlük oruc (ing. Nineteen-Day Fast)- Bəhai dinin ardıcılları tərəfindən hər il 2 mart və 21 mart tarixləri aralığında gerçəkləşdirilən orucluq dövrü. Bəhai orucu, Bəhai təqviminin sonuncu ayına işarə edir və orucluq bitməklə təqvmin ili də, bitmiş olur. Dinin müqəddəs sayılan yazılarında qeyd olunub ki, oruc tutan şəxs günəş çıxandan günəş batanadәk on doqquz gün әrzindә özünü hәr cür yemәkdәn vә içmәkdәn saxlamalıdır. Orucluq mart ayında gecә ilә gündüzün bәrabәrlәşdiyi eyni bir vaxtda – yәni Şimal yarımkürəsindә bahar vә Cənub yarımkürəsindә isә qış olduğu zaman qurtarır. Orucluq ayı heç zaman oruc tutmaq üçün üzücü olan yayın şiddәtli isti günlәrinә vә ya qışın sәrt soyuğuna düşmür. Bundan başqa, ilin bu dövründә yer kürәsinin insan yaşayan bütün mәntәqәlәrinin hәr yerindә günün çıxması vә batması vaxtı tәxminәn sәhәr saat 6-dan axşam saat 6-ya qәdәrdir.
Altı günlük müharibə ilə bağlı mübahisələr
Altı günlük müharibə ilə bağlı mübahisələr – Orta Şərqdə və dünyada böyük dəyişikliyə səbəb olmuş Altı günlük müharibədən sonra bütün dünyada müzakirə olunan bəzi mübahisəli məsələlər nəzərdə tutulur. Bu mübahsələrin əksəriyyəti öz aktuallığını hal-hazırda da, saxlamaqdadır. Bu mübahisə mövzularına misal olaraq misirli hərbçilərə İsrail hakimiyyəti tərəfindən işğəncə edilməsi iddialarını, önləyici hücum və ya ədalətsiz hücum məsləsini, USS Liberty hadisəsini, döyüşən tərəflərə ABŞ, Birləşmiş Krallıq və SSRİ tərəfindən hərbi dəstək məsələlərini göstərmək olar. == Önləyici vuruş və ya ədalətsiz hücum == Başlanğıcda həm Misir, həm də İsrail tərəfi elan etdi ki, ölkələri digəri tərəfindən hücuma məruz qalmışdır. İsrailin BMT-dəki səfiri Qideon Rafael İsrail XİN-dən belə bir məktub aldı: 3:10-da Qideon Rafael BMT Təhlükəsizlik Şurasının iyun ayı üçün rəhbəri olan danimarkalı Hans Taboru yuxudan oyatdı və ona Misir ordusunun İsrailə hücum etdiyini, İsrailin Misirin bu qorxaq və xain hücumuna cavab verdiyini bildirdi. BMT Təhlükəsizlik Şurasının 5 iyundakı iclasında Misir və İsrail tərəfləri bir-birlərini hücum etməkdə ittiham etdilər. İclas zamanı İsrail nümayəndələri Eban və Evron ilk atəşin misirlilər tərəfindən açıldığına and içdilər.SSRİ tərəfindən dəstəklənən Misir 5 iyunda müharibənin İsrail tərəfindən başladıldığını bildirdi. İsrail isə ilk atəşin Misir tərəfindən açıldığını bildirirdi. İsrail nümayəndəsi BMT Təhlükəsizlik Şurasına bildirmişdi ki, "Bu sabahın erkən saatlarında (5 iyun) Misir ordusu kütləvi halda İsrail sərhədinə tərəf göndərilmişdir. Eyni zamanda Misir qırıcıları Sinaydakı hava limanlarından havaya qalxmış və İsrailə tərəf uçmuşdur.
воображе́ние дыми́на запоро́жец нади́р нихро́м опа́ра сре́зчица гнилу́шка подгота́вливание траги́зм кандык announcer ascidia aseismatic floss-silk jaundiced mussel prude try back unbroken гребной кочан приказание развилина тамада